Elnarə Tofiqqızının ölümünün ilkin səbəbi açıqlandı
29 oktyabr 2013 16:15 (UTC +04:00)

Elnarə Tofiqqızının ölümünün ilkin səbəbi açıqlandı

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı, jurnalist Anar Niftəliyevin həyat yoldaşı Elnarə Tofiqqızının ölümünün ilkin səbəbini müəyyən edib. Lent.az-ın Trend-ə istinadən xəbərinə görə, ilkin rəyə əsasən, ölümə səbəb ümumi kəskin tənəffüs çatışmazlığıdır. Artıq ilkin ekspertiza rəyi komisyon məhkəmə tibbi ekspertizasına təqdim edilib. Respublikanın baş mütəxəssislərinin cəlb olunduğu komisyon məhkəmə-tibb ekspertizası zamanı xəstənin tibbi sənədlərindən tutmuş onun əvvəlki xəstəliklərinin olub-olmamaması, xəstəliklərlə bağlı mövcud vəziyyəti təhlil ediləcək. Bu ekspertiza nəticəsində xəstənin ölümündə həkim səhvinin olub-olmadığı və olubsa, bu səhvlərin nələrdən ibarət olduğu, bu zaman hansı yardımların göstərildiyi, yaxud nə üçün yardım göstərilmədiyi müəyyənləşəcək.

 

E.Tofiqqızında tənəffüs çatışmazlığının yaranmasına gətirib çıxaran səbəblər də komisyon məhkəmə ekspertiza zamanı aydınlaşdırılacaq. Bu ekspertiza bir ay ərzində aparılır.

 

Qeyd edək ki, E.Tofiqqızı "Medi Sina" klinikasında əməliyyata hazırlıq vaxtı dünyasını dəyişib. Süd vəzilərindəki şişə görə əməliyyat edilməli olan E.Tofiqqızı narkoz vurulan kimi komaya düşərək dünyasını dəyişib. Xəstənin ölümü ilə bağlı araşdırma aparılması üçün mərhumun həyat yoldaşı A.Niftəliyev Səhiyyə Nazirliyinə rəsmi şəkildə müraciət edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2127
avatar

Oxşar yazılar