“Baş bayraqdar” ləqəbi ilə tanınan Elman Türkoğlu (Elman Həsənov) jurnalist Xədicə İsmayılı məhkəməyə verib. Lent.az-ın xəbərinə görə, hüquq-mühafizə orqanlarından “Trend”-ə verilən məlumatda Klassik Xalq Cəbhəsi Partiyasının keçmiş üzvü E.Türkoğlunun X.İsmayılın onun haqda səsləndirdiyi fikirlərə görə məhkəməyə müraciət etdiyi bildirilir.
E.Türkoğlu “Azadlıq" radiosunun əməkdaşı X.İsmayıl yalan olduğunu bilə-bilə onun guya Milli Təhlükəsizlik Nazirliyinin zabiti ilə gizlin əməkdaşlığa cəlb olunması, narkotik maddələrdən istifadə etməsi və 4 nəfər qeyri-ənənəvi seksual oriyentasiyaya malik şəxslə cinsi əlaqədə olması barədə onun şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan, habelə onu Şəki sakini Niftalıyeva Leyla Adil qızını zorlamasına dair ağır cinayətdə ittiham etməklə böhtan xarakterli məlumatları kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayması ilə əlaqədar CM-nin 147-ci (Böhtan) maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün xüsusi ittiham qaydasında Binəqədi Rayon Məhkəməsinə müraciət edib.