Elinanın intihar etdiyi məktəbin direktoru müavinini necə işdən çıxarıb? -<span style="color:red;"> İNANILMAZ FAKTLAR
08 oktyabr 2019 19:15 (UTC +04:00)

Elinanın intihar etdiyi məktəbin direktoru müavinini necə işdən çıxarıb? - İNANILMAZ FAKTLAR

Elinanın intihar etdiyi məktəbin direktoru Sevinc Abbasova ilə bağlı yeni məlumatlar ortaya çıxıb. 
 
Lent.az-ın xəbərinə görə, Sevinc Abbasova 162 nömrəli məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinini əsassız ittihamlarla işdən çıxartdırıb.
 
Məlumatda qeyd edilir ki, Sevinc Abbasova direktor müavini Məlahət Hüseynovadan   Bakı şəhər Təhsil İdarəsinə şikayət edib. Bu, 2017-ci ilin sentyabr ayında olub. 
 
Təhsil İdarəsinə göndərilən əsassız ittihamlarda Məlahət Hüseynovanın məktəbin kollektivi ilə kobud rəftar etməsi və təhqiredici sözlər işlətməsi, işə gec gəlməsi, bir müddət, ümumiyyətlə gəlməməsi, jurnalların standartlara uyğun işlənməməsi və digər pozuntulara yol verməsi qeyd olunub. Ancaq məhkəmənin qərarına əsasən, bu faktlar təsdiqlənməyib. Bundan əlavə, məhkəmə iclasında iştirak edən şahidlərin sözləri və Məlahət Hüseynovanın üzvü olduğu Yeni Azərbaycan Partiyasının onun barəsində yazdığı xasiyyətnamə də bəzi ittihamların tam əsassız olduğunu göstərib.
 
Həmin məktəbin müəllim və digər direktor müavinləri olan şahidlərin sözlərinə görə, direktor Sevinc Abbasova təlim-tərbiyə işləri üzrə direktor müavini Məlahət Hüseynovanın işdən uzaqlaşması üçün müəllimlərin imzasını da toplayıb. Müəllimlər və təsərrüfat işləri üzrə direktor müavini Telman İbişov ittihamların əsassız olduğunu, Məlahət Hüseynovanın kollektivlə çox mülayim, nəzakətli davrandığın, peşəkar olduğunu bildiriblər. Şahidlər direktor Sevinc Abbasovanın təlim-tərbiyə işləri üzrə müavinin işdən uzaqlaşması üçün müəllimləri imza atmağa məcbur etdiyini vurğulayıblar. Onların sözlərinə görə, müəllimlərin əksəriyyəti Məlahət Hüseynovanın əleyhinə imza atmaqdan da imtina ediblər. Bəziləri isə imza sənədlərinin başqa adla onlara təqdim olunduğunu və baxmadan imzaladıqlarını deyiblər. Bundan əlavə, Məlahət Hüseynovanın üzvü olduğu Yeni Azərbaycan Partiyasının xasiyyətnaməsində də onun peşəkar, səmimi, savadlı, məsuliyyətli olduğu qeyd edilib. 
 
 
 
Bundan əlavə, direktor Sevinc Abbasova Məlahət Hüseynovanın həftəlik 12 dərs saatını da əlindən alıb. Məhkəmədə iştirak edən şahidlərin sözlərindən də məlum olub ki, Məlahət Hüseynovanın dərs saatlarının əlindən alınmasının səbəbi direktorla aralarındakı münasibətlər və məktəb rəhbərinin ona qarşı ayrı-seçkiliyindən irəli gəlirmiş. İddiaçı Məlahət Hüseynova ərizəsində dərs saatlarının əlindən alınmasına görə 4200 manat ziyan gördüyünü bildirib. 
İddiaçının nümayəndəsi Fuad Kərimov məhkəmədən iddia ərizəsində göstərilənlərin təmin edilməsini istəyib.
 
Nəsimi rayon Məhkəməsi 2017-ci il noyabrın 21-də Bakı şəhər Təhsil İdarəsinin sədri Məhəbbət Vəliyevanın Məlahət Hüseynovanın əmək fəaliyyətinə xitam verilməsi ilə bağlı həmin il sentyabrın 19-dakı K-615 saylı qərarının ləğvi barədə hökm verib. Həmçinin qərarda əks olunub ki, Məlahət Hüseynovanın 162 nömrəli məktəbdə direktor müavini vəzifəsi bərpa edilsin və 2017-ci il sentyabrın 19-dan qətnamə qəbul edilən dövrə qədər məcburi işburaxma günlərinə görə əməkhaqqı hesablanaraq ödənilsin.
 
Qeyd edək ki, Məlahət Hüseynova 1974-cü ildən pedaqoji sahədə fəaliyyət göstərir. 2014-cü il noyabrın 14-dən 162 saylı orta məktəbdə təlim-tərbiyə işləri üzrə müavin vəzifəsində çalışıb. Həmin il noyabrın 14-dən 2016-cı il fevralın 1-dək həmin məktəbin direktoru vəzifəsini icra edib. Həmin dövrdə isə onun hər hansı etik pozuntuya və ya əmək intizamasızlığına yol verməsi barədə fakt qeydə alınmayıb.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4259
avatar

Mehman Nəbiyev

Oxşar yazılar