Əlcəzairdə oğurlanan Fransa vətəndaşının video görüntüləri yayılıb
23 sentyabr 2014 04:43 (UTC +04:00)

Əlcəzairdə oğurlanan Fransa vətəndaşının video görüntüləri yayılıb

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, 51 yaşlı Erv Pyer Qurvye Fransa prezidenti Fransua Ollandı İraqda terrorçulara qarşı əməliyyatda iştirak etməməyə çağırıb.   

 

“Mən “Jund al-Khalifa” adlı silahlı qruplaşma üzvlərinin əlindəyəm. Məni girov götürüblər. Onlar  sizdən İraqın işlərinə qarışmamağınızı tələb edirlər. Xahiş edirəm məni bu pis vəziyyətdən çıxarın”, - Qurvye deyib.

 

Məlum olduğu kimi, Əlcəzairin şərqində, Tizi-Uzu şəhəri yaxınlığında Fransa vətəndaşı oğurlanıb. Fransanın xarici işlər nazirliyi faktı və video görüntülərin doğru olduğunu təsdiqləyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 776

Oxşar yazılar