Ölkəyə qeyri-qanuni qızıl keçirməyin qarşısı alınıb
04 fevral 2016 12:35 (UTC +04:00)

Ölkəyə qeyri-qanuni qızıl keçirməyin qarşısı alınıb

0

Azərbaycan gömrükçüləri külli miqdarda qızıl-zinət əşyalarının ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsi cəhdinin qarşısını alıblar. Lent.az Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Moskva-Bakı aviareysinin sərnişini, Rusiya Federasiyasının vətəndaşı Patimat Kurbanovanın əl çantası Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən yoxlanılarkən həmin çantada “Nebula”, “TİTAN” və “Guess” markalı cəmi 3 ədəd qol saatı, 1 cüt qızıl sırğa və 1 ədəd qızıl üzük aşkar olunub.

 

P.Kurbanovanın üzərində şəxsi yoxlama zamanı isə “TİTAN” markalı daha 2 ədəd qol saatı, 2 ədəd qızıl üzük, 1 cüt qızıl sırğa və üzərində ürək formalı kulon olan 1 ədəd qızıl boyunbağı aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 357

Oxşar yazılar