Ehtiyatda olan yüksək rütbəli zabitlər Müdafiə Nazirliyinə müraciət etdilər
04 noyabr 2013 14:31 (UTC +04:00)

Ehtiyatda olan yüksək rütbəli zabitlər Müdafiə Nazirliyinə müraciət etdilər

Azərbaycan Silahlı Qüvvələrindən ehtiyata buraxılmış 10-dan artıq yüksək rütbəli zabit yenidən hərbi xidmətə bərpa olunmaq üçün Müdafiə Nazirliyinə müraciət edib.


 

Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

 

Sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin dövründə, müxtəlif illərdə ordu sıralarından ehtiyata buraxılmış zabitlər müraciətlərində öz bilik və təcrübələrini Azərbaycan Ordusunun inkişafına sərf etmək istəklərində olduqlarını, bu məqsədlə yenidən Silahlı Qüvvələr sıralarında hərbi xidmətə bərpa olunmalarını xahiş ediblər.

 

Müraciət etmiş zabitlər vaxtı ilə ordu sıralarında müxtəlif vəzifələrdə çalışıb, Qarabağda hərbi əməliyyatlarda iştirak ediblər. Onların arasında keçmiş hərbi hissə komandirləri, pilotlar, hava hücumundan müdafiə sistemləri üzrə ixtisaslaşmış mütəxəssislər yer alır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2251
avatar

Oxşar yazılar