Yeniyetmə qızı qaçıran şəxs Bakıya gələndə tutuldu
24 dekabr 2014 17:44 (UTC +04:00)

Yeniyetmə qızı qaçıran şəxs Bakıya gələndə tutuldu

0
Azərbaycanda yetkinlik yaşına çatmamış qızını qaçıran şəxs tutulub.

 

APA-nın məlumatına görə, hadisə Masallı rayonunda qeydə alınıb. Masallı rayon sakini, orta məktəb şagirdi (Ə. G) naməlum şəxs tərəfindən qaçırılıb. Bu barədə polisə məlumat daxil olan kimi dərhal əməliyyat qrupu yaradılıb. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən Bəhruz Rəhimov Bakı şəhərinə qaçarkən yolda saxlanılıb. Qız ailəsinə təhvil verilib.

 

Masallı Rayon Polis Şöbəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, faktla bağlı araşdırmalar davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 310

Oxşar yazılar