İlkin nəticələr bəlli: Dustumla koalisiyada olan Əhmədzay irəlidə <span style="color:red;">- CANLI
06 aprel 2014 11:38 (UTC +04:00)

İlkin nəticələr bəlli: Dustumla koalisiyada olan Əhmədzay irəlidə - CANLI

Bir qədər əvvəl Əfqanıstanın 3 telekanalı: Şəmşad, Tolo, Ariana televiziyaları seçkinin ilkin nəticələrini açıqlayıb. Lent.az-ın Əfqanıstana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, general Dustumla birgə koalisiyada seçkiyə getmiş Əşrəfqani Əhmədzay böyük say üstünlüyü ilə irəlidədir. İlkin məlumata görə, o, səslərin 65 faizindən çoxunu toplayıb.

 

İkinici yerdə Abdulla Abdullah, 3-cü yerdə isə hazırkı prezident Həmid Kərzayın dəstəklədiyi Zalmay Rəsul qərarlaşıb. Lent.az-ın hazırda Əfqanıstanda olan əməkdaşı Səbuhi Məmmədli bildirir ki, bir çox məntəqələrdə səsvermə protokolları artıq açıqlanıb: "Mənə indi Nanqahar şəhərində 28 məntəqədə seçkilərin nəticələrini əks etdirən protokolu təqdim etdilər. Bu protokolda da açıq aydın Əşrəfqani Əhmədzayın böyük səs çoxluğu ilə irəlidə olduğu görünür".

 

Səbuhi Məmmədli, Kabul

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2223
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar