Əfqanıstanlı gömrükçülər üçün seminar keçirilir
19 sentyabr 2016 17:57 (UTC +04:00)

Əfqanıstanlı gömrükçülər üçün seminar keçirilir

0

 

Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində əfqanıstanlı gömrükçülər və bu ölkənin digər sərhəd qurumlarının nümayəndələri üçün təşkil olunan seminar öz işinə başlayıb. 

 

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, seminarın açılış mərasimində Əfqanıstan İslam Respublikası Gömrük Departamentinin Baş direktoru  Əhməd Rəşad Popal da iştirak edib.

 

Seminarın gedişində  Ümumdünya Gömrük Təşkilatının mütəxəssisləri tərəfindən təşkilatın diaqnostik vasitələrindən istifadə etməklə Əfqanıstan İslam Respublikasının Gömrük Departamentinin diaqnostikasını tamamlamaq,  ticarətin asanlaşdırılması istiqamətində həyata keçiriləcək tədbirlər barədə iştirakçılara ətraflı məlumat veriləcək.

 

Əfqanıstan gömrük xidmətinin əməkdaşları  Azərbaycan gömrüyündə həyata keçirilən islahatlar, tətbiq olunan yeniliklərlə barədə də məlumatlandırılacaq, qonaqlar  Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının və Heydər Əliyev Adına Beynəlxalq Hava Limanının iş rejimi ilə yaxından tanış olacaqlar.

 

Seminar sentyabrın 29-da başa çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 293

Oxşar yazılar