Əcnəbi kişini hotelə apardığı qadınlar soydular
Bakıda Pakistan vətəndaşı qarət edilib.
APA-nın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Pakistan vətəndaşı İlyas Umer polisə ərizə ilə müraciət edərək, tanış olduğu iki qadınla hotelə getdiyini, səhər yuxudan duran zaman bütün pullarının qarət edildiyini bildirib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun 33 yaşlı Nuranə Abdullayeva və 37 yaşlı Rəna Pozdnyakovanın törətdiyi müəyyən edilib. Hazırda onların tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
827