Dünya çempionumuz vəfat etdi
30 iyun 2019 17:06 (UTC +04:00)

Dünya çempionumuz vəfat etdi

0
Bakının Sabunçu rayonunda, Bakı Olimpiya Stadionunun qarşısında baş vermiş avtoqəzada xəsarət alan şaolin ustası, MMA döyüş növü üzrə dünya çempionu Fərhad Poladov vəfat edib.
 
Bu barədə APA-ya 3 saylı Şəhər Klinik Xəstəxanasından məlumat verilib.
 
Qeyd edək ki, dünən Bakı Olimpiya Stadionunun qarşısında yol-nəqliyyat hadisəsi baş verib. 1993-cü il təvəllüdlü Fərhad Poladovun idarə etdiyi “Niva” və “Hyundai” markalı avtomobillər toqquşub. Döş qəfəsindən və sol ayağından sınıq xəsarətləri alan idmançı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2983

Oxşar yazılar