Dünya bu gün
31 dekabr 2012 08:00 (UTC +04:00)

Dünya bu gün

1609. İstanbulda Sultan Əhməd Məscidinin təməli qoyulub. Tikinti işləri 8 ilə başa çatıb


1808. Fransız alim Key Lüssak qaz qanunlarını kəşf edib. Sonradan bu qanunlar onun şərəfinə “Key Lüssak qanunu” adlandırılıb


1813. Cenevrə Respublikası bərpa edilib


1915. Akademik İsmayıl İbrahimov anadan olub


1917. Bakı Sovetinin iclası keçirilib. İclasda çıxış edən müsavat lideri Rəsulzadə “Sovet demokratik əsaslarla seçilmədiyinə və kəndlilər burada təmsil olunmadığına görə, partiya hakimiyyətin bu sovetə keçməsinə səs verməyəcək” deyib


1934. Dramaturq Cəfər Cabbarlı vəfat edib


1945. Amerika prezidenti Harri Trumen İkinci Dünya Müharibəsinin başa çatdığını rəsmən açıqlayıb


1951. Avropaya yardımı nəzərdə tutan “Marşall planı” sona çatıb


1952. Sumqayıt boru-prokat zavodu işə salınıb


1963. Aktyor Ələsgər Ələkbərov vəfat edib


1968. Dünyanın ilk səsdən sürətli sərnişin təyyarəsi “TU-144”-ün (SSRİ) sınaq uçuşu keçirilib


1976. Bakı metropoliteninin “Nizami” stansiyası istifadəyə verilib


1977. Amerika prezidenti Cimmi Karter Tehranda Rza şah Pəhləvi ilə görüşüb


1984. ABŞ YUNESCO-dan çıxıb


1985. Böyük Britaniya YUNESCO-dan çıxıb


1985. Bakı metropoliteninin Elmlər Akademiyası – Əcəmi xətti işə salınıb


1989,  Naxçıvan MSSR ərazisində əhali Araz çayı boyunca 137 km. Sovet-İran sərhədindəki qurğuları dağıdaraq cənubda yaşayan qohumları ilə görüşüb


1991. Britaniya, İspaniya, Niderland, Fransa və Belçika Azərbaycanın müstəqilliyini tanıyıb


1992. Dünya azərbaycanlılarının həmrəylik günü təsis edilib


1992. Çexoslovakiya Sosialist Respublikası Çexiya və Slovakiya adlı 2 müstəqil dövlətə parçalanıb


1999. Rusiya prezidenti Boris Yeltsin istefa verib, ölkəyə rəhbərlik baş nazir Vladimir Putinə həvalə edilib.

Günün aforizmi

“Neçə il əvvələ qayıdaq yenə
Diləklər dikəldi, "mən varam" - dedi.
Bu böyük diləyin zərbələrinə
Sərhəd dirəkləri tab gətirmədi”.

Bəxtiyar Vahabzadə, “Gülüstan” poeması II hissə

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1056
avatar

Oxşar yazılar