Dünən yol qəzalarında 3 nəfər ölüb
09 oktyabr 2019 10:45 (UTC +04:00)

Dünən yol qəzalarında 3 nəfər ölüb

 
Respublikanın daxili işlər orqanları dünən gün ərzində törədilən 30 cinayətin üstünü “isti izlər”lə açıb.
 
Lent.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub.
 
Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.
 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 592
avatar

Mehman Nəbiyev

Oxşar yazılar