"Kürəkənim məndən 50 min borc alıb, MTN-ə verdi" - YENİLƏNİB
21 dekabr 2016 17:11 (UTC +04:00)

"Kürəkənim məndən 50 min borc alıb, MTN-ə verdi" - YENİLƏNİB

0

Fasilədən sonra zərərçəkmiş qismində tanınan  İlqar Aşurbəyovun qayınatası Əflatun Kərimov şahid qismində məhkəmədə dindirilib.

 

Ə. Kərimov istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirib ki, kürəkəni İlqar ondan 50 min manat borc alıb.

 

Şahid İlqar Aşurbəyovun MTN əməkdaşlarına pul verməsindən xəbəri olduğunu deyib.

 

Məhkəmə proses dekabrın 26-da davam edəcək. 

 

****

14:50

Bu gün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən iclas Sabunçu rayon Məhkəməsinin binasında baş tutub.

 

Prosesdə zərərçəkmiş qismində İlqar Aşurbəyov ifadə verib.

 

O, ifadəsində deyib ki, Çovdarova hədə qorxuya görə 300 min manat pul verib:  "Çovdarov məni ailəmlə hədələdi.  Qorxduğum üçün ona 300 min manat pul verdim. MTN cinayətkar yuvası idi".

 

A.Çovdarov zərərçəkənin ifadəsinə etiraz edib. O bildirib ki, zərərçəkən yalan deyir: "Mənimlə şəxsi qərəzi var idi. Eldar Mahmudovun bir tapşırığıyla bağlı öz işçimə göstəriş vermişdim. İşçim İlqardan bir məsələni soruşdu, o da kobud cavab verdi. Mən bunu Eldar Mahmudova məruzə elədim. Sonra İlqar cəzalandırıldı".

 

Prosesdə Dövlət Təhlükəsizlik Xidmətinin idarə rəisi Anar Abdiyev şahid qismində dindirilib. O, ifadəsində zərərçəkmiş Tofiq İbrahimovdan  62 min manat pul almadığını deyib.

 

Proses günün ikinci yarsında davam etdiriləcək.

 

Qeyd edək ki, təqsirləndirilənk şəxslər - Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

 

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 278

Oxşar yazılar