24 azərbaycanlı, 9 əfqan, 8 özbək...
01 oktyabr 2014 13:12 (UTC +04:00)

24 azərbaycanlı, 9 əfqan, 8 özbək...

Bu ilin sentyabr ayı ərzində 50 nəfər sərhəd pozucusu saxlanılıb. Lent.az-ın Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, sərhəd pozucularından 24 nəfər Azərbaycan, 9 nəfər Əfqanıstan, 8 nəfər Özbəkistan, 3 nəfər Moldova, 2 nəfər İran, 2 nəfər Ukrayna, 1 nəfər Gürcüstan və 1 nəfər İspaniya vətəndaşı olub.

 

Sərhədboyu rejim qaydalarını pozduqlarına görə 11 halda 14 nəfər, Xəzər dənizində isə 9 halda 11 nəfər inzibati məsuliyyətə cəlb olunub. Sərhəd nəzarəti məntəqələrində dövlət sərhədindən keçməyə cəhd edərkən axtarışda olan 231 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib. Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 12 halda ümumilikdə 12 kiloqram 615,8 qram narkotik maddənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb:

 

Sentyabrın 3-də Cəlilabad rayonu ərazisində “Ələt-Astara” magistral yolunun 136-cı kilometrliyində gizlədilmiş halda 1 kq marixuana aşkar olun­ub;

 

Sentyabrın 12-də əməliyyat məlumatı əsasında Biləsuvar rayonu ərazisində avtomobil yolunun kənarında axtarış apararaq xüsusi gizlədilmiş bir ədəd bağlamanı götürmüş Bakı şəhər sakini 1974-cü il təvəllüdlü İsmayılov Mahir Arif oğlu, Sumqayıt şəhər sakini 1971-ci il təvəllüdlü Hüseynov İlham Sahib oğlu saxlanılmışlar. Bağlamada 3 kq tiryək, 300 qram kakos, 70 qram “Metadon” suyu, 9 “Metadon” həbi aşkar olunub;

 

Sentyabrın 20-də Füzuli rayonunun Böyük Bəhmənli kəndinin yaxınlı­ğın­dakı sərhəd zastavasının xidməti ərazisində 190 qram heroini qaçaqmal qis­min də dövlət sərhədindən qanunsuz olaraq keçirmiş 1 nəfər İran vətəndaşı Rövşən Çeşm Bəhmən Mirəli saxlanılıb;

 

Sentyabrın 22-də Biləsuvar rayonunun Biləsuvar kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 2,3 kq tiryək, 200 qram heroini qaçaqmal qismində qanunsuz olaraq Azərbaycan Respublikası ərazisinə keçirmiş 1 nəfər İran vətəndaşı Həmami Məhəmməd Güləhməd saxlanılıb;

 

Sentyabrın 23-də Biləsuvar rayonunda Biləsuvar kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 2 kq tiryək, 2 kq həşiş, 200 qram mari­xu­ana və 120 qram heroini qaçaqmal qismində qanunsuz olaraq ölkə ərazisinə keçir­miş Culfa rayon sakini Həsənov Mehman Mehbalı oğlu saxlanılıb.  

 

Dövlət sərhədindən buraxılış məntəqələrində gömrük əməkdaşları ilə birlikdə dövlət sərhədindən keçən şəxslər üzərində keçirilən baxışlar zamanı 7 halda narkotik vasitə aşkar olunub:

 

- “Biləsuvar” SNM-də 4 halda 395 qram tiryəkin , “Astara” SNM-də 1 halda 95 konbalut “Metadon” həbinin qanunsuz olaraq dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb;

 

- “Samur” SNM-də ölkəyə daxil olan nəqliyyat vasitələrində 2 halda cəmi 800 qram marixuana aşkar olunub.

 

Sentyabr ayı ərzində qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində 39 halda ümumi dəyəri 231 min manat olan qaçaqmal, o cümlədən 888 ədəd RF istehsalı olan səsyazma cihazı, 172 ədəd yanğın təhlükəsizlik cihazı, 1 ədəd planşet, 1708 ədəd ətir, 5 ədəd mobil telefon, 382 şüşə müxtəlif markalı içkilər, 1000 ədəd spirtli içkilər üçün aksiz marka, 237 ədəd qapaq, 5113 ədəd müxtəlif markalı siqaret, 200 kq bal, 8299 ədəd pirotexniki vasitə, 2 ədəd qayıq, müxtə­­lif dərman preparatları və sənaye malları saxlanılıb.

 

Bütün cinayət faktları üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 912
avatar

Oxşar yazılar