Aeroportda saxta vizalı Pakistan və Nigeriya vətəndaşları saxlanılıb
08 fevral 2016 10:20 (UTC +04:00)

Aeroportda saxta vizalı Pakistan və Nigeriya vətəndaşları saxlanılıb

0

Dövlət Sərhəd Xidmətinin əməkdaşları saxtalaşdırılmış sənəd­lərlə dövlət sərhədini keçməyə cəhd edən şəxslərin aşkarlanması istiqamətində uğurlu fəaliyyətlərini davam etdirirlər. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, bu il  yanvarın 29-da həyata keçirilmiş tədbirlər nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda 012 nömrəli “Dubay-Bakı” avia­rey­si ilə ölkəmizə gələn Pakistan vətəndaşları Avan Şokas Hüseyn və İrfan Məhəmməd pasportlarında saxta Türkiyə Respublikası vizası və üzər­lərində yapışdırılmamış saxta Avstraliya vizası aşkar olunaraq saxlanılıb.

Həmin gün 334 nömrəli “İstanbul-Bakı” aviareysi ilə ölkəmizə gələn Nigeriya vətəndaşı Metobor Oke pasportunda Azərbaycan Res­pub­likasına məxsus saxta elektron viza olduğu üçün saxlanıldığı bəlli olub. Araşdırma aparıldıqdan sonra saxlanılan şəxslər geri qayta­rıl­ıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 297

Oxşar yazılar