DTK və MTN-in keçmiş agenti (keçmiş Milli təhlükəsizlik naziri Namiq Abbasovun dövründən iş stajı olan agent), Ayaz Mütəllibovun Moskvada mühacirətdəki mətbuat katibi Teylor İbrahimov (Fətişoğlu) Ağdamda həbs olunub.
Lent.az-ın virtualaz.org-a istinadən məlumatına görə, Teylor Fətişoğlu Bakıda Ağdam Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub və Xətai RPŞ-yə təhvil verilib.
Teylor Fətişoğlu iri məbləğdə dələduzluqda ittiham olunur. Fırıldaqçının toruna 20-dən çox vətəndaş düşüb ki, onlara 100 min manatdan artıq ziyan vurulub. MTN agentinin barəsində AR CM-nin 178-ci maddəsi üzrə cinayət işi başlanıb.
2000-ci illərin əvvəllərində T.Fətişoğlu Moskvada mühacirətdə olan A.Mütəllibovun tərəfdarlarının sırasında, digər agentlərlə birlikdə MTN sıralarına daxil edilib.