Doqquz nəfər tərəfindən vəhşicəsinə döyüldü
08 avqust 2017 23:06 (UTC +04:00)

Doqquz nəfər tərəfindən vəhşicəsinə döyüldü

Daşkəsən sakini bir neçə nəfər tərəfindən döyülərək ağır xəsarət alıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Zəylik kəndində qeydə alınıb. Quşçu kənd sakini 1981-ci il təvəllüdlü Həsənov Kamil İsmayıl oğlu Zəylik kəndində yaşayan bacısının evinə gedərək orada döyülüb. Müxtəlif bədən xəsarətləri alan K. Həsənov xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Deməsinə görə, o ailə münaqişəsi zəminində bacısından boşanan əri və tanıdığı digər 8 nəfər tərəfindən döyülüb.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 146
avatar

Oxşar yazılar