Donetskdə "Qırmızı Xaç"ın nümayəndəsi həlak oldu
03 oktyabr 2014 00:16 (UTC +04:00)

Donetskdə "Qırmızı Xaç"ın nümayəndəsi həlak oldu

0

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndəsi, İsveçrə vətəndaşı Ukraynanın Donetsk şəhərinin mərkəzinin atəşə tutulması zamanı həlak olub. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə qondarma “Donetsk Xalq Respublikasının” nümayəndəsi bildirib.   

 

Hadisə yerində olan xilasedicilərdən biri “Frans Press”ə bu məlumatı təsdiqləyib.   

 

Hadisədən sonra BQXK-nın “Tvitter” səhifəsində belə bir yazı  dərc olunub:  “Bizim Ukraynanın Donetsk şəhərindəki ofisimizdə faciəvi insident baş verib. Biz faktları araşdırırıq”.   

 

Bundan əvvəl, Aİ Donetskin mərkəzində yenidən başlayan atışma ilə bağlı narahatçılığını bildirib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 734

Oxşar yazılar