Donetsk separatçılarının "müdafiə naziri" Strelkov ağır yaralanıb
13 avqust 2014 21:24 (UTC +04:00)

Donetsk separatçılarının "müdafiə naziri" Strelkov ağır yaralanıb

0

Separatçı Donetsk Xalq Respublikasının"müdafiə naziri" İqor Girkin-Strelkov ağır yaralanıb

 

Lent.az-ın “UNN”ə istinadən verdiyi xəbərə görə, bu barədə separatçı qurumun rəsmi nəşri olan “Novorossiya” informasiya agentliyi məlumat yayıb.  

 

“İqor Strelkov ağır yaralanıb. Bu barədə Novorossiya rəhbərliyindəki mənbə bildirib. Donetsk Xalq Respublikasının müdafiə nazirinin vəziyyəti hazırda ağırdır. Məlumat dəqiqləşdirilir”, deyə məlumatda bildirilir.

 

Ukrayna Antiterror Mərkəzində məlumatı dəqiqləşdirmək mümkün olmayıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1810

Oxşar yazılar