Lent.az-ın məlumatına görə, ötən gecə saat 3 radələrində rayonun Fikrət Əmirov küçəsi 13 ünvanında yerləşən dini mağazadan oğurluq olması ilə bağlı polisə məlumat daxil olub.
Dərhal hadisə yerinə gələn mühafizə polisinin əməkdaşlarını oğrunu iş başında tutublar. 22-ci polis bölməsində dindirilən Şəhruz Xəlilov cinayətini etiraf edib. Dindirilmə zamanı məlum olub ki, o, bu mağazanı bir neçə dəfə qarət edib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Fərahim Qasımov