Daxili İşlər Nazirliyi Tərtərdə 1 nəfərin minaya düşməsi ilə bağlı məlumat yayıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, dekabrın 15-də saat 13 radələrində Tərtər rayonunun Həsənqaya kəndində yaşayan Laçın rayon sakini Zamin Şalikov Çaylı kəndinin ərazisində cəbhə ilə təmas xəttində minalanmış sahəyə düşüb və baş verən partlayışdan ölüb.