Daxili İşlər Nazirliyi (DİN) Yevlaxdakı yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb. Lent.az-ın DİN-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, dekabrın 19-da saat 19 radələrində Yevlax rayonunun Əkşəm kəndində Mingəçevir şəhər sakini Zaman Süleymanovun idarə etdiyi “KamAZ-52212” və Şəki rayon sakini Famil İsmayılovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Sonradan “Mercedes” markalı avtomobildə yanğın baş verib. Nəticədə sürücü Famil İsmayılov ölüb.
Faktla bağlı Yevlax Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.