Daxili İşlər Nazirliyi Sumqayıtda baş verən ağır qəza ilə bağlı məlumat yayıb.
Lent.az-ın nazirliyinin saytına istinadən məlumatına görə, Sumqayıt şəhərində “VAZ-21015” və “Chery” markalı avtomobillər toqquşub. Yanvarın 16-da saat 23 radələrində Sumqayıt şəhərində şəhər sakini Siyasət Bağırovun idarə etdiyi “VAZ-21015” və Bakı şəhər sakini Nizami Qocayevin idarə etdiyi “Chery” markalı avtomobillər toqquşub. Nəticədə S.Bağırovun sərnişini, həmyerliləri Vüsal Orucov hadisə yerində ölmüş, özü və digər 3 sərnişini xəstəxanaya yerləşdirilib.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.