Xətai rayonu N. Rəfiyev küçəsində Bakı şəhər sakini Məhərrəm Rzaquliyev idarə etdiyi “Ford-Mondeo” markalı avtomaşınla yolu keçən həmyerlisi Svetlana Jarovanı vurub. Lent.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatında o da qeyd olunur ki, nəticədə piyada hadisə yerində ölüb.
Xətai RPİ tərəfindən araşdırma aparılır.