Daxili İşlər Nazirliyi oktyabrın 15-də Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, şəhər sakini Əli Məlikov döş qəfəsindən daxilə nüfuz edən, Masallı rayon sakini Elçin Baxşiyev və Kəlbəcər rayon sakini Seymur Fərzəliyev isə daxilə nüfuz etməyən bıçaq xəsarətləri ilə xəstəxanaya gətiriliblər.
Oktyabrın 16-da Ə.Məlikov xəstəxanada ölüb. Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Biləcəri qəsəbə sakini Tural Əliyev tutulub.
Qeyd edək ki, qətlə yetirilən Ə.Məlikov Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin kadr, dövlət qulluğu və qurumlarla iş şöbəsinin müdiri Natiq Məlikovun oğludur.