Daxili İşlər Nazirliyi Ağcabədi rayonunda itkin düşmüş şəxslə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, fevralın 15-də Kür çayının Zərdab rayonunun Lələağacı kəndinin ərazisindən keçən hissəsində yanvarın 19-da itkin düşmüş Ağcabədi rayon sakini Qiyas Kərimovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.
Araşdırma aparılır.