Daxili İşlər Nazirliyi Füzuli rayonunda baş vermiş yanğın hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, iyulun 3-də saat 03 radələrində Füzuli rayonunun Horadiz şəhərində yaşayan Alı İsmayılova məxsus ümumi sahəsi 80 kvm. olan yardımçı təsərrüfatda yanğın baş verib. Nəticədə yanar konstruksiyalar yanıb, 1 baş inək və 8 ədəd ev quşu tələf olub. Hadisə vaxtı yanğını söndürməyə cəhd göstərmiş A.İsmayılovun arvadı Fəridə xəsarət aldığından xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.