Daxili İşlər Nazirliyi Gəncədə törədilən partlayışla bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, aprelin 10-da saat 04 radələrində Gəncə şəhərinin R.Məmmədov küçəsində yaşayan Tarıyel Hüseynovun evinin pəncərəsinin qarşısında partlayış baş verib. Xəsarət alan olmayıb, evin pəncərə şüşəsi sınıb.
Kəpəz RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.