DİN-dən dələduzluq edən şirkət rəhbərinə dair <span style="color:red;">AÇIQLAMA
23 iyul 2015 12:27 (UTC +04:00)

DİN-dən dələduzluq edən şirkət rəhbərinə dair AÇIQLAMA

0

Daxili İşlər Nazirliyi dələduzluq etmiş turzim şirkətinin rəhbəri haqqında məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, Nəsimi RPİ 22-ci PB əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində "İnter Travel" şirkətinin direktoru, Ağdam rayon sakini  Elnur Əliyevin cari ilin fevral-iyul aylarında Bakı şəhər sakinləri Mirəhməd Dadaşovun, Nazim Mustafayevin, Xumar Balaoğlanovanın, Bəhruz Vəliyevin, Mina Adıgözəlovanın, İlqar Həsənovun, Gəncə şəhər sakini  Maqsud Ələkbərovun və Qəbələ rayon sakini Emil Məmmədovun etimadlarını qazanıb, onlardan 25360 manat pul alması müəyyən edilib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 203

Oxşar yazılar