DİN dəhşətli qəza ilə bağlı məlumat yaydı
18 fevral 2016 12:43 (UTC +04:00)

DİN dəhşətli qəza ilə bağlı məlumat yaydı

0

Daxili İşlər Nazirliyi Xaçmaz rayonunda baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, fevralın 17-də saat 21 radələrində Xaçmaz rayonunun Müzəffər-oba kəndində rayon sakinləri Ruslan Nüsrətovun idarə etdiyi “KİA”, Şıxbala Zeynalovun idarə etdiyi “VAZ-2106” və Rövşən Şükürovun idarə etdiyi “VAZ-21093” markalı avtomobillər toqquşub. Nəticədə Ş.Zeynalov və sərnişinlərindən Elvin Cavadov hadisə yerində ölüb, digər 1 sərnişini, habelə R.Nüsrətov və 3 sərnişini xəstəxanaya yerləşdiriliblər.

 

BDYPİ tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 261

Oxşar yazılar