Daxili İşlər Nazirliyi dekabrın 23-də Lerik rayonunda baş vermiş dəhşətli qətl hadisısi ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhər sakini Cəmaləddin Surətov Lerik şəhərində yaşayan qayınanası Lalə Əliyevanın evində olarkən ailə-məişət münaqişəsi zəminində tüfəngdən açdığı atəşlə arvadı Məhsətini və qayınanasını qətlə yetirib, sonradan Perzəkücə kəndində yaşayan atası Cəbrayılın evinə gedərək orada tüfəngdən açdığı atəşlə özünü də öldürüb.
Lerik RPŞ əməkdaşları tərəfindən hadisə yerindən “Çhurçhill” (Vinçester) markalı tüfəng götürülüb. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar aparılır.