DİN Bakıda itkin düşən uşaqlarla bağlı məlumat yaydı
19 fevral 2016 12:57 (UTC +04:00)

DİN Bakıda itkin düşən uşaqlarla bağlı məlumat yaydı

0

Daxili İşlər Nazirliyi itkin düşmüş məktəblilərlə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 17-də saat 17 radələrində Bakı şəhər sakinləri 12 yaşlı Şamil Babayev və İsmayıl Şəfiyev paytaxtın Nizami rayonu ərazisindəki 32 saylı orta məktəbdən çıxaraq itkin düşüblər.

 

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nizami RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onlar tapılaraq ailələrinə təhvil verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 301

Oxşar yazılar