<b>DİN Ağdaşda azyaşlı qızın öldüyü yanğınla bağlı məlumat yaydı </b>
26 avqust 2016 12:17 (UTC +04:00)

DİN Ağdaşda azyaşlı qızın öldüyü yanğınla bağlı məlumat yaydı

0

Daxili İşlər Nazirliyi dünən Ağdaşda baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.

 

Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, avqustun 25-də saat 16 radələrində Ağdaş şəhərində yaşayan Fərrux Qurbanovun evində yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, qızı Şəfiqə tüstüdən zəhərlənərək ölüb.

 

Qeyd edək ki, yanğın Ağdaş şəhərində 19 əsrdə tikilmiş, ümumi sahəsi 1690 kv. metr olan “Qarabəy karvansarayı” tarixi abidənin yaşayış hissəsində baş vermişdi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 295

Oxşar yazılar