Daxili İşlər Nazirliyi Ağdam rayonunda baş vermiş faciəvi hadisə ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, fevralın 25-də Ağdam rayonunun 2-ci Baharlı qəsəbəsində yaşayan Qəzənfər Əsgərov həyətində ehtiyatsızlıqdan yıxılaraq ölüb.
Qeyd edək ki, 15 yaşlı Q.Əsgərov həyətdə uzunqulaq arabasından yıxılıb və başına mismar batması nəticəsində vəfat edib.
Araşdırma aparılır.