Polis generalının oğlu adam bıçaqlayıb, həbs edildi - <span style="color:red;">RƏSMİ  - <span style="color:red;">YENİLƏNİB
11 aprel 2015 17:05 (UTC +04:00)

Polis generalının oğlu adam bıçaqlayıb, həbs edildi - RƏSMİ - YENİLƏNİB

Aprelin 10-da -da Bakının Yasamal rayonunda fəaliyyət göstərən “Senator” restoranında dava-dalaş baş verib, bir nəfər bıçaqlanıb. 

 

Məsələyə aydınlıq gətirən Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, qeyd edilən faktla bağlı Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq)  maddələri ilə cinayət işi başlanıb.

 

Eyni zamanda E. Sultanov həmçinin bildirib ki, Tamerlan Əsədullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunub və Yasamal rayon məhkəməsinin müvafiq qərarı ilə barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib.

 

Qeyd edək ki, Tamerlan Əsədullayev Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğludur.

 

***

16:05

DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayev məhkəmə önünə çıxarılıb.

 

Məhkəmənin qərarı ilə T.Əsədullayev barədə iki aylıq həbs-qətimkan tədbiri seçilib. Generalın oğlu CM-in 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunur.

 

Baş Prokurorluqdakı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, Tamerlan Əsədullayev artıq 1 saylı Kürdəxanı İstintaq Təcridxanasına köçürülüb.

 

***

15:40

Yasamal rayonunda, Nəriman Nərimanovun heykəli olan ərazidə fəaliyyət göstərən restoranların birində insident baş verib. İnsidentdə DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlunun adı hallanır. “Azadlıq”a daxil olan məlumatda bildirilir ki, generalın oğlu Tamerlan Əsədullayev restoranda bir neçə nəfərlə mübahisə edib. Mübahisə davaya çevrilib və qarşı tərəfdən bir nəfər bıçaqlanıb. Hazırda iş üzrə 26-cı polis bölməsində araşdırma aparıldığı bildirilir.

 

Məlumatla bağlı DİN-dən mövqe öyrənmək mümkün olmayıb.

 

 

"Azadlıq"a daxil olan məlumatda deyilir ki, Tamerlan Əsədullayev barəsində artıqv 4 aylıq həbs-qətimkan tədbiri seçilib və o, Kürdaxanıdakı istintaq təcridxanasına göndərilib.

 

Hadisə barədə strateq.az saytının yaydığı məlumatda isə deyilir ki, oğlu Tamerlanı Şərif Əsədullayevin özü polisə təhvil verib və qanunun tələblərinə uyğun cəzalandırılmasını istəyib. Belə ki, məlumata görə, Tamerlan Əsədullayev hadisəni törədəndən sonra qaçıb gizlənibmiş. Atası xəbəri eşidən kimi oğlunu tapdırıb, özü tənbeh etdikdən sonra polisə apararaq təhvil verib və həbs olunmasını istəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 155
avatar

Oxşar yazılar