Deputatın qardaşı oğlu məhkəmədə son söz dedi
19 sentyabr 2014 18:25 (UTC +04:00)

Deputatın qardaşı oğlu məhkəmədə son söz dedi

 

 

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rəşad Mirələmovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxs son söz deyib. O, barəsində ədalətli hökm çıxarılmasını xahiş edib. Bundan sonra hakimlər müşavirəyə gediblər.

 

Proses sentyabrın 23-də davam etdiriləcək. Həmin gün hökm elan olunacaq.

 

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin hadisə ilə bağlı yaydığı məlumata görə, 17 iyul 2012-ci il tarixdə paytaxtın Səbail rayonu ərazisində fəaliyyət göstərən “1001 gecə” istirahət mərkəzində ölümlə nəticələnən insident baş verib. İstintaq zamanı Rəşad Mirələmovun “Makarov” markalı tapança ilə Ramal Bayramovu qəsdən öldürməsi, Səməd Mənsimov, Elmar Süleymanov və qeyrilərini qəsdən öldürməyə cəhd etməsi müəyyən olunub. O, Cinayət Məcəlləsinin 120.2.4, 120.2.5, 120.2.10, 120.2.11, 29, 120.2.7 (qəsdən adam öldürmə), 182.2.3, 182.2.4, 182.3.2, 182.3.3 (hədə-qorxu ilə tələb etmə) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham edilir.

 

R.Mirələmov deputat Hüseynbala Mirələmovun qardaşı oğludur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1868
avatar

Oxşar yazılar