Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşən daha bir nəfər xilas edilib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Xəzər rayonunda baş verib.
Dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşən şəxs FHN-in dalğıc-xilasediciləri tərəfindən xilas edilib. Əməliyyat saat 19:21-də başa çatıb.