Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dənizdə batmaq təhlükəsi ilə üzləşən bir nəfəri xilas ediblər. Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Şirvan şəhərində Kür çayında (“Əli Bayramlı” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas olunub.
Əməliyyat saat 15:45-də başa çatıb.