
Dənizdə batan azərbaycanlı modelin ölümü ilə bağlı cinayət işi başlanılıb
Xəzər dənizində batan azərbaycanlı model Günel Mirzəyevanın ölümü ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Lent.az Report-a istinadən bildirir ki, bu barədə Bakı Şəhər Prokurorluğundan məlumat verilib.
Prokurorluqdan qeyd olunub ki, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri istintaq tədbirləri aparılır.
Qeyd edək ki, G.Mirzəyeva dostları ilə birlikdə yaxta gəzintisinə çıxıb. Onlar birlikdə 200 metr uzaqlığa gediblər, yaxta aşıb. G. Mirzəyeva boğulub. Onun meyiti sudan çıxarılıb.
Xatırladaq ki, G.Mirzəyeva “Miss Lafarella” internet müsabiqəsinin iştirakçısı olub.
Oxşar yazılar

Qəbələdə FACİƏ: 4 yaşlı qız hovuzda BOĞULDU
10 iyul 2025 , 09:22
Ağdərədə mina partladı, 1 nəfər yaralandı
10 iyul 2025 , 09:17
Goranboyda minik avtomobili gölə düşdü
10 iyul 2025 , 08:18
Gəncədə sakini narkotik vasitənin əsirindən komaya düşdü
10 iyul 2025 , 07:54
Gəncədə avtomobil aşdı, xəsarət alanlar var
10 iyul 2025 , 00:53
“Oğlumu öldürdülər, nişanına hazırlaşırdıq” – Qətlə yetirilən Ümid Soltanovun atası
9 iyul 2025 , 21:43
Rusiyadan Azərbaycan şirkətlərinə QADAĞA
9 iyul 2025 , 19:33