Dənizdə batan 2 balıqçı xilas edildi
30 iyun 2017 12:38 (UTC +04:00)

Dənizdə batan 2 balıqçı xilas edildi

0

 

İyunun 29-da saat 13:30 radələrində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin növbətçi gəmisi tərəfindən Hövsan reydində rəsmiləşdirilərək dənizə çıxmış, içərisində 2 nəfərin olduğu qayığın zədə nəticəsində batması barədə məlumat əldə edilib.

 

DSX-dan Lent.az-a verilən məlumata görə, görülmüş tədbirlər nəticəsində həyatları təhlükə altında olan balıqçılar Bakı şəhər Xəzər rayonu Türkan qəsəbə sakinləri 1977-ci il təvəllüdlü Quliyev Seyfulla Əmrulla oğlu və1974-ci il təvəllüdlü Quliyev Xeyrulla Əmrulla oğlu xilas olunublar.

 

Xilas edilmiş balıqçılara ilkin tibbi yardım göstərilib, onlara məxsus zədələnmiş qayıq sahilə çıxarılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 286

Oxşar yazılar