Bakıda 6 yaşlı uşaq dənizdə batıb.
Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 700 metr sola nəzarətsiz ərazidə) dənizdə çimərkən batması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 2010-cu il təvəllüdlü Fəraiz Xəraiz oğlu Mirzəyevin cəsədini sudan çıxararaq aidiyyati üzrə təhvil veriblər.