Fövqəladə Hallar Nazilriyinin (FHN) xilasediciləri dənizdə batmaq təhlükəsi ilə üzləşən 3 nəfəri xilas edib.
Lent.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər. Əməliyyat saat 18:00-da başa çatıb.
Bundan başqa, Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal qurumun xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər. Əməliyyat saat 18:20-də başa çatıb.