Havaların soyuması ilə ölkədə dəm qazından zəhərlənmə hadisələrinin sayı da artıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sentyabrın 22-də Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbə sakini Rasif Nadirov və onun arvadı Sevinc evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib.
Araşdırmalar aparılır.