Müğənni Cəmilə İsgəndərova Kazanda ticarət mərkəzində baş verən yanğın nəticəsində dünyasını dəyişən bacısı Tamila Muxtarovadan danışıb: "Allah heç kimə belə şey qismət eləməsin. Neçə gündür, ağlamaqdan səsim də tutulub. Partlayışdan 3 gün sonra uçqunun altından bacımın meyitini tapdıq. Bacım partlayış olan məkanda satıcı işləyirdi. Amma bədbəxt bir hadisə onun ölümünə səbəb oldu. Heç oğul toyu da görmədi. İndi qohumlarımız gedib hava limanına meyiti qarşılamağa. Saat 7-də Bakıda olacaq. Sabah isə onu Cəlilabad rayonunda dəfn edəcəyik. Həyat yoldaşı Cəlilabad rayonundan olduğuna görə, istədi ki, orada dəfn olunsun”.
Onu da qeyd edək ki, dünyasını dəyişən Tamilla Muxtarova 1961-ci il martın 22-də anadan olmuşdu. Mərhumun iki övladı var.
**
Kazanda ticarət mərkəzində baş verən yanğın nəticəsində ölən qadın Azərbaycanda tanınmış müğənninin bacısıdır.
Lent.az-ın Trend-ə istinadən məlumatına görə, Kazanda ticarət mərkəzində baş vermiş yanğın nəticəsində ölən Muxtarova Tamilla Hüsü qızı müğənni müğənni “Elit Star” Cəmilənin bacısıdır.
Onu da qeyd ediək ki, 1961-ci il təvvəludlü mərhum Tamilla Muxtarova ailəli olub. İki övladı olub.
Bu gün T.Mutarovanın cənazəsinin Bakıya gətiriləcəyi və saat 17:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qohumlarına təhvil veriləcəyi gözlənilir.
Qeyd edək ki, mərhum T.Muxtarovanın martın 22-də doğum günü qeyd ediləcəkdi.
Xatırladaq ki, martın 13-də Tatarıstanın paytaxtı Kazan şəhərində ticarət mərkəzlərindən birində baş verən yanğın nəticəsində 17 nəfərin öldüyü bildirilir, onlarla insan xəsarət alıb. Dağıntılar altında qalan digərlərinin çıxarılması istiqamətində işlər davam etdirilir.
Ümumrusiya Azərbaycanlıları Konqresinin Tatarıstan nümayəndəliyindən isə daha öncə Trend-ə bildiriblər ki, yanğın zamanı iki azərbaycanlı ölüb, ikisi isə yaralanıb.