Bakıda 23 yaşlı qızın öz doğma atası tərəfindən zorlanması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Lent.az-ın məlumatına görə, Yasamal rayonu V.Əliyev küçəsində yaşayan 23 yaşlı Ş.S son aylarda başına gələnlərlə bağlı polisə müraciət edib. Gənc qız bildirib ki, bu ilin mart ayının 10-dan bəri onunla eyni ünvanda yaşayan atası 47 yaşlı İ.Ş-nın cinsi zorakılığına məruz qalır. Bu müddət ərzində atası qızı ilə dəfələrlə zorla cinsi əlaqədə olub.
23 yaşlı qızın müraciəti əsasında Yasamal rayonunun hüquq-mühafizə orqanları araşdırmalara başlayıb, müvafiq ekspertizalar təyin edilib.