Daxili Qoşunların zabiti faciəvi şəkildə öldü
13 avqust 2014 10:57 (UTC +04:00)

Daxili Qoşunların zabiti faciəvi şəkildə öldü

0

Novxanıda ağır yol qəzası baş verib. Lent.az-ın aznews.az-a istinadən məlumatına görə, hadisə saat 08.00 radələrində Novxanı qəsəbəsinin “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib.

“Mutsubishi-Pajero” ilə “Opel” markalı avtomobillərin toqquşması nəticəsində “Opel”in sürücüsü 1984-cü il təvəllüdlü, Abşeron rayon sakini Nicat Babazadə dünyasını dəyişib.

Faktı təsdiqləyən Abşeron rayon Polis Şöbəsindən o da qeyd olunub ki, Nicat Babazadə Daxili Qoşunların zabitidir.

Faktla bağlı araşdırma başlanıb

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2582

Oxşar yazılar