Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, sərəncama əsasən daxili işlər orqanlarında rabitə və səhiyyə sahəsində xidmətlərinə görə Daxili İşlər Nazirliyinin polis general-mayoru Aslanov Dilqəm Mikayıl oğluna “Əməkdar Mühəndis”, tibb xidməti polkovnik-leytenantı Həsənov Həsən Gülağa oğluna “Əməkdar Həkim” fəxri adları verilib.