Daşkəsən sakini dağa qaldırıb, hədə-qorxu gəldilər
12 avqust 2016 12:57 (UTC +04:00)

Daşkəsən sakini dağa qaldırıb, hədə-qorxu gəldilər

0

Daşkəsəndə hədə-qorxu ilə pul tələb etməkdə və adam bıçaqlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

 

Lent.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 6-da Daşkəsən rayonunun Xoşbulaq kəndində Səbuhi Hətəmovu Tural adlı tanışı 3 naməlum şəxslə birgə “VAZ-2121” markalı avtomobilə zorla oturdub dağlıq əraziyə apararaq bıçaqla hədələyib 500 manat pul tələb edib, vermədiyindən bıçaqla ona yüngül xəsarət yetirib.

 

Daşkəsən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağcabədi şəhər sakini Tural Əhmədov və Göygöl rayon sakini  Ayxan Hüseynli tutulublar.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 472

Oxşar yazılar