Daş Karxanasında çalışan Bakı şəhər sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dünən Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən daş karxanasında Ramazan Hüseynovu elektrik cərayanı vurub. O, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.